/ / MSK-nın 17:00-a olan məlumatına əsasən seçicilərin 44.84 faizi səsvermədə iştirak edib

MSK-nın 17:00-a olan məlumatına əsasən seçicilərin 44.84 faizi səsvermədə iştirak edib

1 158 Baxış


Mərkəzi Seçki Komissiyasının 17:00-a olan məlumatına əsasən seçicilərin 44.84 faizi səsvermədə iştirak edib.
Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına əsasən ölkə üzrə 2 389 754 nəfər, yəni seçicilərin 45 faizə yaxını səsvermədə iştirak edib. Seçkilərin başa çatmasına qısa müddət qalmasına baxmayaraq Gəncənin seçki məntəqələrində hələdə yüksək seçici fəallığı müşahidə olunur. 37 saylı Nizami 1-ci (Gəncə) seçki dairəsi üzrə 15196 nəfər, 38 saylı Nizami 2-ci (Gəncə) seçki dairəsində 13523 nəfər, 39 saylı Kəpəz 1-ci (Gəncə) seçki dairəsi üzrə 18696 nəfər, 40 saylı Kəpəz 2-ci (Gəncə) seçki dairəsi üzrə isə 13930 nəfər səsvermə hüququndan istifadə edib. Bu saata olan məlumata əsasən məntəqələrdə seçkinin gedişatına müdaxilə halları və digər qanuna zidd hərəkətlər müşahidə olunmayıb. Saat 8:00-da start götürən səsvermə prosesinə 19:00-da yekun vurulacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz