/ / Gəncədə ahıl və kimsəsizlər diqqətdə saxlanılır

Gəncədə ahıl və kimsəsizlər diqqətdə saxlanılır

645 Baxış


Gəncə şəhər icra hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı, COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına ciddi əməl edən ahıl və xüsusi qayğıya ehtiyac duyan şəxslərə baş çəkiblər. Qeyd olunan vətəndaşlara YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə "BazarStore" mağazalar şəbəkəsində qablaşdırılan və icərisində gündəlik ərzaq məhsulları olan sovqatlar verilib. Yardım aksiyayasında Milli Məclisin Gəncədən seçilən deputatlarıda yaxından iştirak edirlər. Karantin müddəti başlayandan etibarən bu kimi vətəndaşları daim diqqətdə saxlayan Yeni Azərbaycan Partiyasının millət vəkilləri ahıl və kimsəsizlərə maddi yardımla yanaşı mənəvi dayaq olublar. Mütəmadi olaraq həyata keçirilən aksiyanın əsas məqsədi yaş etibarı ilə karantin müddətini evdə keçirən ahıl vətəndaşlara dəstək olmaqdır. Bunun üçün YAP Gəncə şəhər təşkilatının könüllü gəncləri də xüsusi aktivlik nümayiş etdirirlər. Tənha yaşayan ahıl vətəndaşlara qida yardımı ilə yanaşı sosial xidmətlər baxımından da koməklik göstərilir. Yardım aksiyası karantin müddəti başa çatanadək davam etdiriləcək.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz