/ / Gəncədə kimsəsiz ahıllara və aztəminatlı ailələrə yardım aksiyası davam etdirilir

Gəncədə kimsəsiz ahıllara və aztəminatlı ailələrə yardım aksiyası davam etdirilir

594 Baxış


Gəncədə kimsəsiz ahıllara və aztəminatlı ailələrə yardım aksiyası davam etdirilir.
Koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan karan tin rejimi qaydalarına əməl edərək evdə qalan ahıl vətəndaşlara və kimsəsiz ailələrə Gəncə şəhər icra hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı tərəfindən növbəti yardım sovqatları çatdırılıb. Gəncə şəhər icra hakimiyyətində fəaliyyət göstərən operativ qərargaha olunan müraciətlər əsasında həyata keçirilən yardım aksiyasında, vətəndaşlara içərisində gündəlik ərzaq məhsulları və dezinfeksiyaedici tibbi vasitələrlə təmin olunan bağlamalar verilib. Ərzaq yardımları ilə yanaşı Yeni Azərbaycan Partiyasının Gəncədən seçilən millət vəkilləri, risk qrupuna daxil olan vətəndaşlarla daim marifləndirici söhbətlər aparır, karantin müddəti ərzində tətbiq olunan qaydalara ciddi əməl olunmamsını izah ediblər. Yeni Azərbaycan Partiyasının könüllüləri tərəfindən onlara lazımı sosial yardımın göstəriləcəyi ifadə olunub. Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilən budəfəki aksiyaya Gəncədə fəaliyyət göstərən bir çox sahibkarlar, eləcə də Bazar Store mağazalar şəbəkəsi və 189 Taksi xidməti də qoşulub. Aksiya karantin müddəti başa çatanadək davam etdiriləcək.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz