/ / Gənclər “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” adlı xeyriyyə aksiyası keçirdilər

Gənclər “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” adlı xeyriyyə aksiyası keçirdilər

564 Baxış


Bu günlərdə koronavirus səbəbindən yaranmış vəziyyətlə əlaqədar bir sıra maarifləndirmə tədbirləri davam edir. Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq yaşı 65-dən yuxarı olan və aztəminatlı insanlar həm dövlətin həmdə xeyirxaq vətəndaşların diqqətindən kənarda qalmırlar. Müxtəlif yardım aksiyaları ilə bu vətəndaşlar ərzaq məhsulları ilə təmin olunur, bu çətin sınaqda köməksiz buraxılmırlar.Bu tədbirlər sırasına qoşulan bir qrup könüllü gənc də “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” adlı xeyriyyə aksiyasını başladaraq evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı ailələrə yardım ediblər. Aksiyanın məqsədi risk qrupuna aid olan insanların evdə qalmalarına nail olmaq və onları maksimum bu virusdan qorumaqdır. Həmçinin bildirilib ki, xeyriyyə aksiyası mütəmadi şəkildə davam edəcək və Gəncə, Samux, Göygöl eləcə də Şəmkirdə yaşayan aztəminatlı ailələrin ərzaq və digər ehtiyaclar ilə təmin olunacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz