/ / Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsünə Kəpəz Futbol Kulubu da qoşulub

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsünə Kəpəz Futbol Kulubu da qoşulub

651 Baxış


Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarına uyğun olaraq, həyata keçirilən yardım aksiyaları çərçivəsində idman içtimayətinin qocaman nümayəndələri də diqqətdən kənarda qalmayıb. Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən yardım aksiyasına qoşulan Kəpəz Futbol Kulubunun rəsmiləri, vaxtı ilə futbol klubunda çıxış edən veteran futbolçulara baş çəkərək onlara sovqatlar veriblər.
Göstərilən diqqət və qayğıdan məmnunluq ifadə edən veteran futbolçular, ölkə idmanına da uğurlar diləyiblər.
Qeyd edək ki, ölkədə karantin rejimi tətbiq olunan gündən, Gəncə şəhər İcra Hkimiyyətinin təşəbbüsü ilə aztəminatlı ailələrə və kimsəsiz ahıllara kömək məqsədi ilə mütəmadi olaraq yardım aksiyaları təşkil olunur.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz