/ / Millət vəkilindən innovativ addım

Millət vəkilindən innovativ addım

566 Baxış


Məmur əlçatanlığını daha da asanlaşdırmaq üçün millət vəkilindən innovativ addım.
Bütün dünyanı cənginə alan (COVİD 19) pandemiyası ilə mübarizə tədbiri olaraq tədbiq olunan xüsusi karantin rejimi ölkəmizdə də həyata keçirilir. Müxtəlif məhdudiyyətləri özündə əks etdirən karantin rejimi qaydalarından biri də sosial izolyasiyadır. Yəni insanların bir-biri ilə daha az yaxın təmasda olması, sosial məsafənin qorunması bu gün pandemiya ilə mübarizədə başlıca şərt hesab olunur. Lakin bütün bu qaydalar vətəndaşları dövlətin diqqət və qayğısından ķənarda qoya bilməz. Karantin müddəti ərzində məmur əlçatanlığının təmin olunması üçün müxtəlif addımlar atılıb. 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən Naqif Həmzəyevin deputat ofisinin işinin daha operativ,əlçatan və karantin qaydalarına uyğun təşkil olunması məqsədi ilə yaradılan Hamzayev.az internet portalı da bu məqsədə xidmət edir. Hər bir seçici portala daxil olmaqla millət vəkili ilə daha qısa yolla və operativ şəkildə görüşmək imkanı əldə edir.Bunun üçün seçici ilk olaraq müraciət et bölməsinə daxil olaraq ad və soyadını, doğum tarixini, şəxsiyyətini tesdiq edən vəsiqənin seriya nömrəsini, yaşadığı ölkəni , şəhər və rayonu, faktiki yaşayış yerini ,elektron ünvanını və telefonunu qeyd etdikdən sonra aşağıda göstərilən bölmədə imtiyaz və sosial durumu barədə məlumatları qeyd edir. Daha sonra vətəndaş müraciət etmək və ya qəbula yazılmaq istəyini göstərilən bölmədə işarəliyir. Portala daxil olan bütün müraciətlər ən qısa müddətdə millət vəkilinin deputat ofisi tərəfindən nəzarətə götürülərək cavablandırılır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz