İnformasiya müharibəsi zamanı adekvat addımlar müzakirə olunub
Nurlana Abdullayeva
30-07-2020 13:52
529 Baxış
Gəncə Şəhər İcra Hakimiyyəti,Gəncə Şəhər Gənclər və İdaman Baş İdarəsi, Gəncə Gənclər Evi və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının birgə təşəbbüsü ilə “ İnformasiya müharibəsi şəraitində adekvat davranışın vacibliyi” mövzusunda videokonfrans təşkil olunub. Çoxsayda gəncin qoşulduğu vebinarda məruzəçi qismində çıxış edən millət vəkili Naqif Həmzəyev, Müşfiq Cəfərov, Gəncə şəhər Gənclər və İdaman Baş İdarəsinn rəisi Həmid Nəsirov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, videokonfransa qoşulan gənclərə hərbi vətənpərvərlik mövzusunda öz tövsiyyələrini verərək, onlara düşmənlə informasiya müharibəsi zamanı nələrə diqqət etməyin vacib olduğunu, xüsusəndə mənbəyi məlum olmayan, əsassız və təxribat xarakterli məlumatları yaymağın doğru olmadığını izah ediblər. Ermənilərin öz çirkin təxribatlarını tək dövlət sərhəddimizdə deyil informasiya məkanında da həyata kerdiyini diqqətə çatdıran məruzəçilər, bunun üçün hər bir azərbaycan gəncinin bu sahədə daha fəal olmağını və düşmən təxribatlarının dünyaya çatdırılmasında aktiv iştirak etmələrini qeyd ediblər.
Konfransın gedişatında gənclərin ünvanladığı çoxsaylı suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.