/ / Birinci vitse-prezident Mehriban Əliyevanın nəcib təşəbbüsünə Gəncə də qoşulub

Birinci vitse-prezident Mehriban Əliyevanın nəcib təşəbbüsünə Gəncə də qoşulub

565 Baxış


Birinci vitse-prezident Mehriban Əliyevanın nəcib təşəbbüsünə Gəncə də qoşulub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Gəncə də qoşulub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərliyi ilə təşkil olunan könüllü qanvermə aksiyasında, Gəncədən olan Millət vəkilləri, habelə rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər. Səhər saatlarından start götürən aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov, habelə Kəpəz və Nizami Rayon İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev Məzkəzi Qan Bankının Gəncə Regional bölməsinə gələrək qan veriblər. Yerli icra strukturları ilə yanaşı, nəcib təşəbbüsə həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları da qatılıb.
Hər bir donorun sağlamlıq imkanları həkim hematoloqlar tərfindən yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı labarator müayinədən keçdikdən sonra, talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı ölkədə mühüm tədbirlər, o cümlədən 2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Bu sahədə ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunması məqsədilə Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi yaradılıb

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz