/ / Aqrar mütəxəssislərin yetişdirilməsinə yeni bir töhfə

Aqrar mütəxəssislərin yetişdirilməsinə yeni bir töhfə

765 Baxış


Yeni korpusun tikintisi qaçılmaz idi. Çünki dövlətin qeyri-neft sektorunun inkişafı üçün göstərdiyi diqqət, sözsüz ki, Azərbaycan Dövlət Aqrar Universitetindən yan keçə bilməzdi. Burda yaradılan şərait, keyfiyyətli tədris proqramı, müasir laboratoriyalarda təcrübə aparmaq gənclərin daha çox diqqətini cəlb edir. Bu da öz növbəsində ADAU-da thsil almaq istəyən tələbələrin sayını hər il artırmaqdadır. Bütün bu amillər yeni tədris korpusunun yaradılmasını labüd edirdi.
Yeni korpus 2 hektar ərzini əhatə edir. 6 mərtəbədən ibarət yeni tədris binasında 2400 tələbə təhsil ala bilər. Burda tələbələrin ən yüksək innovativ texnologiyalardan istifadə etməklə təhsil almaları üçün bütün şərait yaradılıb. Keyfiyyətli təhsillə yanaşı tələbələrin asudə vaxtının səmərəli təşkili də nəzərə alınıb. İdman zalı, kafe fəaliyyət göstərir. Binanın həyətində isə xüsusi istirahət güşələri mövcuddur.
Ümid edək ki, ali təhsil ocağında yaradılan şərait gələcəkdə nəinki ölkədə aqrar sahə üzrə ixrtisaslı kadr çatışmazlığını araqdan qaldıracaq, həmçinin univeritetin yetişdirdiyi mütəxəssislərə digər dövlətlərin də ehtiyac yaranacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz