/ / Bağlar bağı Xan Bağı

Bağlar bağı Xan Bağı

876 Baxış


Bağlar bağı Xan Bağı
Son bir neçə ildə Gəncədə biri birindən gözəl, müasir üslublu yeni park və xiyabanlar salınsa da lakin, şəhərdə elə bir istirahət güşəsi var ki, ora sanki öz tarixi və bitgi zənginliyi ilə sehrli bil aləmi xatırladır. Söhbət Gəncənin mərkəzində yerləşən adı dillər əzbəri olan Xan Bağından gedir. Qafqazın və Azərbaycanın ən qədim parklarından biri olan Xan Bağı əsrarəngizliyi ilə bu gün tək şəhər sakinlərini deyil bura üz tutan qonaqlarıda valeh edir. 500 ilə yaxın yaşı olan bağın 1588-ci ildə Osmanlı qoşunlarının Qafqazdakı komandanı Fərhad paşa tərəfindən salındığı tarixi mənbələrdə əks olunub. Vaxtilə beş yüzdən artıq ağac və gül növünün olduğu bağda bitkilərin 150 növü vegetativ həyat sürüb. Zama zaman bağda aparılan yenidən qurma işlərində parkın bitgi örtüyüdə zənginləşdirilib. Kırımdan, Batumdan eləcədə digər ölkələrdən buraya çoxsayda müxtəlif növ ağaclar və gül kolları gətirilib. Əsrlərin keçməkeçinə şahidlik edən Xan Bağı bu gün də öz əzəməti və gözəlliyi ilə sakinlərin ən çox üz tutduğu, mənəvi istirahət yeridir.Milli mənəvi sərvətə çevrilən Xan Bağının qorunub saxlanılmasına elə indi də olduqca həssas yanaşılır. Gəncə şəhər yaşıllaşdırma şöbəsinin 50-ə yaxın əməkdaşı gündəlik olaraq bağın saxlanılmasına nəzarət edir və aqrotexniki qulluq göstərirlər.
6 hektar ərazini əhatə edən Xan Bağında hazırda 76 növdən çox ağac və gül kolları mövcuddur.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz