/ / Gəncədə yaşıllıqların istidən qorunması üçün tədbirlər görülür

Gəncədə yaşıllıqların istidən qorunması üçün tədbirlər görülür

583 Baxış


Havaların isiti keçməsi yaşıllıqların qorunmasınıda aktual edir. Yaşıllıqlar şəhəri kimi tanınan Gəncədə də isti yay günləlrində ağacların mütəmadi suvarılmasına xüsusi diqqət yetirilir. Gəncə şəhər icra hakimiyyətinin göstərişinə əsasən MKTİB-nin yaşıllaşdırma şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Şəhərin mövcud park və xiyabanlarında, eləcə də küçə və prospektlərində yol kənarlarına əkilən ağacların suvarılmasına 41 arteziyan və 20-dən çox suçiləyici avtomobil cəlb olunub.
Suvarma ilə yanaşı yaşıllıqlara mövsümü aqrotexniki qulluqda göstərilir. Şəhər yaşıllığının qorunması üçün MKTİB-nin yaşıllaşdırma şöbəsinin 80-ə yaxın canlı qüvvəsi səfərbər edilib. Lakin təbiəti qorumaq, ona qulluq göstərmək tək adiyyatı qurumların deyil, hər bir vətəndaşın borcudur. Çünki ekologiyanı qorumaqla əslində öz sağlamlığımızı qorumuş oluruq.
Qeyd edək ki, Gəncədə hər il orta hesabla 80 minə dək yeni ağac əkilir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz