/ / Kafe və restoranlar qaydalara uyğun fəaliyyət göstərir?

Kafe və restoranlar qaydalara uyğun fəaliyyət göstərir?

629 Baxış


Kafe və restoranlar qaydalara uyğun fəaliyyət göstərir?
Səhiyyə Nazirliyinin təsdiq etdiyi metodiki göstərişlərə əsasən iaşə obyektləri bir sıra yenilikləri də nəzərə alıb. Belə ki ictimai iaşə müəssisələrinin daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etməsi üçün məlum qaydalar barədə məlumat verilib. Obyektlərdə təmizlik və dezinfeksiya işlərinin aparılmasına nəzarət üzrə məsul şəxs təyin edilib. İaşə məkanları daimi isti və soyuq su, təmizlik vasitələri, eləcə də dezinfeksiyaedici maddələrlə təmin olunur. Bundan başqa, restoran, kafe və çay evi sahibləri əsas tələb kimi oturacaqların ara məsafəsinin gözlənilməsini təmin edib. Kolorit Restoranlar Şəbəkəsinin Gəncə üzrə rəhbəri Simurq Ələsgərov da gigiyenik qaydalara əməl olunduğunu diqqətə çatdırdı. Bildirək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi 18 may tarixindən etibarən yumşaldılıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz