/ / ƏDV-ni necə geri almaq olar?

ƏDV-ni necə geri almaq olar?

619 Baxış


ƏDV-ni necə geri almaq olar?
Artıq ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkündür. Müştəri ƏDV-ni geri almaqdan ötəri ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçməlidir. Saytda şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrə vasitəsilə qeydiyyatdan keçmək mümkündür. İstehlakçı çeki aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına daxil olmalı və qəbz barədə məlumatları, yəni 12 simvollu fiskal İD-ni elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik olanlar, bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.
Müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə 10 faizi həcmində olacaq.
İstifadəçi portalda yerləşdirilmiş kalkulyator vasitəsilə geri alacağı ƏDV-nin həcmini hesablaya da bilər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin açıqlamasında qeyd edilir ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir: alış-veriş edən və ya xidmətdən yararlanan fiziki şəxs olmalı, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalı, ən əsası isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. Bir sözlə, ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.
Virtual "pul qabı"ndan istifadəçilər kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirmək, həmçinin ölkədaxili bank kartlarına köçürmələr üçün istifadə edə bilərlər. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV isə geri qaytarılmır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz