/ / Gəncədə partlayan binanın sakinlərinə yeni mənzillərin açarları təqdim olunub

Gəncədə partlayan binanın sakinlərinə yeni mənzillərin açarları təqdim olunub

526 Baxış


Gəncədə partlayan binanın sakinlərinə yeni mənzillərin açarları təqdim olunub.
Gəncənin Şahlar Hüseynov 13A ünvanında qaz sızması nəticəsində partlayan binanın yerində inşa edilən yeni bina tamalanaraq sakinlərin istifadəsinə verilib. 2018-ci ildə baş verən partlayış nəticəsində yararsız hala düşən bina ölkə başçısının sərəncamına əsasən prezidentin ehtiyyat fondundan ayrılan 3,7 milyon manat vəsait hesabına yenidən inşa edilib. 5 mərtəbəli, 2 blokdan,50 mənzildən ibararət binanın ümumi sahəsi 4570 kv metrdir. Binadakı 50 mənzilin 22-si bir otaqlı, 16- sı 2 otaqlı, 12-i isə 3 otaqlıdır. Binada yaradılan şərait mənzil sahiblərinidə razı salıb. Binadakı bütün mənzillər mərkəzləşdirilmiş istilik sistemi, internet və rabitə xətti ilə təmin olunub. Bina 24 saat təhlükəsizlik kameraları ilə müşahidə olunur.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz