/ / SMS icazə sistemi ləğv olundu

SMS icazə sistemi ləğv olundu

574 Baxış


SMS icazə sistemi ləğv olundu
Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunan SMS icazə sistemi bütün ölkə üzrə ləğv olunub. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən 4 maydan etibarən ölkənin əksər şəhər və rayonlarında SMS icazə ləğv olunsada Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda yaşayış yerini SMS icazə ilə tərk etmək sistemi qüvvədə saxlanılmışdı. Bu gündən etibarən isə SMS icazənin tədbiqi qeyd olunan şəhər və rayonlarda da dayandırılıb. Bununla yanaşı adıçəkilən şəhər və rayonlarda da restoran, kafe, çay evləri, eləcə də bütün ictimai iaşə məkanları fəaliyyətə başlayıb. Yumşaldılmalar əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq tətbiq edilsədə mütəxəsislər vətəndaşları daha diqqətli olmağa, iaşə obyektlərini Operativ Qərargahın sanitar-epidemioloji qaydalarına uygun fəaliyyət göstərməyə çağırırlar.
Qaydalara görə restoran, kafe, çay evləri, eləcə də bütün ictimai iaşə məkanları saat 08:00 dan 18:00 dək yerində xidmət göstərəcək. İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə qadağası isə qüvvədədir. Yumşaldılmalarda park və bulvarlara girişə icazə verilsə də belə yerlərdə, eləcə də küçələrdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağalar siyahısındadır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz