/ / Gəncədə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri gücləndirilib

Gəncədə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri gücləndirilib

687 Baxış


Gəncədə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri gücləndirilib
Koronavirus (COVID-19) pandemiyasının törədə biləcəyi fəsadların aradan qaldırılması istiqamətində ölkə ərazisində aparılan genişmiqyaslı tədbirlərin davamı olaraq, bu gün də Gəncə şəhərində xüsusi dezinfeksiya işləri həyata keçirilib. Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB tərəfindən yerinə yetirilən işlər çərçivəsində şəhərin Heydər Əliyev, Nizami Gəncəvi, Şah İsmayıl Xətai və Atatürk prospektlərində çiləyici maşınlar vasitəsilə xüsusi məhlulla dezinfeksiya işləri aparılıb. MKTİB-in Mətbuat Xidmətinin rəhbəri Vüsal Balayev görülən tədbirlərlə bağlı məlumat verdi.Gündəlik olaraq, 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işlərinin aparılması bundan sonra da xüsusi qrafikə uyğun olaraq, davam etdiriləcək. Qeyd edək ki, dezinfeksiya işləri və xüsusi-profilaktik tədbirlər sosial izolyasiya qaydalarının tətbiq olunduğu vaxtdan bu günə kimi gün ərzində yaşayış binalarında, ümumi istifadə yerlərində, giriş blokları və pilləkənlərdə, sakinlərin daha çox istifadə etdiyi obyektlərdən olan lift kabinələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində yerinə yetirilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz