/ / Qaydalara ciddi əməl olunması məhdudiyyətləri yumşaldıb

Qaydalara ciddi əməl olunması məhdudiyyətləri yumşaldıb

546 Baxış


Qaydalara ciddi əməl olunması məhdudiyətləri yumşaldıb.Dünyanı cənginə alan COVİD-19 pandemiyası ilə mübarizə tətbirləri çərçivəsində Azərbaycanda da tətbiq olunan xüsusi karantin rejimi aprelin 27-dən etibarən nisbətən yumşaldılıb. Karantin müddəti ərzində Nazirlər Kabineti Yanında fəaliyyət göstərən Operativ Qərargahın tətbiq etdiyi qaydalara, vətəndaşların məsuliyyətlə əməl etməsi qadağaların nisbətən yumşaldılmasına zəmin yaradıb. Bunun nəticəsi olaraq bəzi iş və xidmət sahələrinin fəaliyyəti yenidən bərpa olunub. Gəncədə də artıq 2 gündür, fəaliyyətinə icazə verilən müxtəlif sahələr üzrə iş yerləri müştərilərə xidmət göstərir. Sözsüz ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq, sanitar gigyenik normalara əməl etmək şərti ilə. Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar ölkə ərazisində martın 24-dən tətbiq olunan xüsusi karantin rejimi Aprelin 20-ə kimi nəzərdə tutulsada, daha sonra Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən mayın 4-dək uzadılmasına qərar verilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz