/ / Karantin günlərində Gəncədə yaşıllıqlara qulluq göstərilir

Karantin günlərində Gəncədə yaşıllıqlara qulluq göstərilir

613 Baxış


Karantin günlərində Gəncədə yaşıllıqlara qulluq göstərilir
Gəncə şəhərində koronavirus pandemiyasına qarşı çoxşaxəli mübarizə tədbirləri ilə yanaşı, mövcud yaşıllıqlara da qulluq göstərilməsi davam edir.Ötən il şəhərin bütün yol və küçələrin kənarlarında, park və bağlardakı yaşıllıq zolaqları daim diqqətdə saxlanılırdı.Hazırda ölkə üzrə xüsusi karantin rejimi mövcud olduğundan bir cox təşkilat işçilərinin evdə qalmaları səbəbindən bu yaşıl güşələr qulluqdan kənarda qalıb. Yaşıl guşələrin lazımi səviyyədə saxlanılması məqsədi ilə aparılan təmizlik-abadlıq və yaşıllaşma işləri bu dəfə Gəncə - Şəmkir yolunun kənarında davam etdirilib.Yeni Azərbaycan partiyası Gəncə şəhər təşkilatının əməkdaşları tərəfindən yol kənarında yerləşən yaşıllıqlara qulluq göstərilib,yeni yaşıllıq zolaqları salınıb. Ərazidə əvvəllər basdırılan ağaclara isə aqrotexniki qulluq olunub.Şəhərdə aparılan təmizlik-abadlıq və yaşıllaşma işləri çərçivəsində yaxın gələcəkdə bu yerlər öz yaşıllığı ilə göz oxşayacaq və şəhərdə ekoloji tarazlığın qorunmasına böyük töhfə verəcək.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz