/ / Videokonfransda günümüzün qlobal mövzuları müzakirə edilib

Videokonfransda günümüzün qlobal mövzuları müzakirə edilib

796 Baxış


Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə pandemiya və postpandemiya dövründə sosial tədbirlər və səhiyyə sisteminin fəliyyətinə həsr olunan növbəti videokonfrans keçirilib. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyevin moderatorluğunda keçirilən videokonfransa Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov, Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov, Köln Universiteti Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev, Türkiyəli jurnalist Aysu Mola, Yeni Çağ Media Qrupunun təsisçisi və baş redaktoru Aqil Ələsgər və Diaspor Pres İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili məruzəçi qismində qatılaraq, öz fikirlərini bölüşüblər. Çıxış edən məruzəçilər, dünyanın bir çox ölkəsi kimi Azərbaycanın da pandemiyadan əziyyət çəkən ölkələr sırasında olmasına baxmayaraq, dövlətin bu istiqamətdə vaxıtında həyata keçirdiyi nümunəvi tədbirləri diqqətə çatdırıblar. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın koronovirusla mübarizəsi həm beynəlxalq təşkilatlar həm də dünya ölkələri tərəfindən nümunə kimi göstərildiyi qeyd olunub. Pandemiyanın mövcudluğuna baxmayaraq ölkədə bütün növ sosial xidmətlərin və yardımların həyata keçirildiyi, qısa müddət ərzində yeni tibbi labaratoriyaların və modul tipli xəstəxanaların inşası pandemiyayla mübarizədə yüksək səhiyyyə xidmətinin təşkili, dövlətin bu bəlayla mübarizəyə çox ciddi hazırlaşdığının bariz nümunəsi kimi qiymətləndirilib. Bununla belə məruzəçilər vətəndaşları postpandemiya dövrünə adaptasiyada daha diqqətli olmağa və ümumdünya səhiyyə təşkilatının tələb və tövsiyyələrinə şərtsiz əməl etməyə çağırıblar. Çoxsayda iştirakçınında qoşulduğu videokonfransda, məruzəçilər tərəfindən vətəndaşları maraqlandıran suallarda ətraflı olaraq cavablandırılıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz