/ / Musa Quliyev: Karantin günlərində YAP könüllülərinin fəallığı alqışa layiqdir

Musa Quliyev: Karantin günlərində YAP könüllülərinin fəallığı alqışa layiqdir

575 Baxış


YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə keçirilən “Pandemiya və postpandemiya dövründə sosial müdafiə tədbirləri və səhiyyə” mövzusunda videokonfransda Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev koronavirus pandemiyası dövründə xalqımızın həmrəyliyindən danışıb. Millət vəkili həmrəyliyin bir nümunəsi ölkədə dövlət orqanları, ictimai təşkilatlar, özəl sfera və ayrı-ayrı şəxslər tərəfindən həyata keçirilən sosial aksiyalara diqqət çəkib: Heydər Əliyev ideyalarına sadiq, hər zaman Prezident İlham Əliyevin çağırışlarına və Mehriban Əliyevanın təşəbbüslərinə qoşulan gənclərimiz, öz əməlləri ilə cəmiyyətə faydalı olmağa çalışıblar. Xüsusi ilə Yeni Azərbaycan Partiyasının yüzlərlə könüllüsünün bu ağır, çətin günlərdə ərzaq məhsullarının aztəminatlı ailələrə, yaşlı və tənha vətəndaşlara çatdırılmasında iştirakı alqışa layiqdir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz