Dünyanın ən böyük 5 parkından biri - Heydər Əliyev Park-Kompleksi
Nurlana Abdullayeva
11-08-2020 11:35
769 Baxış
Heydər Əliyev Park-Kompleksi dünyanın ən 5 beş parkından biridir. Ümumi sahəsi 450 hektar olan park-kompleksinin əhatə etdiyi ərazidə İncəsənət Muzeyi, Amfiteatr, süni göl yaradılıb. Parkın girişində Zəfər tağı yerləşir. Park-Kompleksinin açılışı 2014-cü ilin yanvarın 21-də baş tutub. Bu gün Gəncə sakinlərinin və Gəncəyə qonaq gələn insanların əsas istirahət məkanlarından olan parkda bunun üçün hər cür şərait var.