/ / Gəncədə dezinfeksiya işləri gücləndirilib

Gəncədə dezinfeksiya işləri gücləndirilib

650 Baxış


Gəncədə COVİD – 19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ciddi təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da gücləndirilib.Gəncə Şəhər İcra Hakimiyyəti koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq kompleks tədbirlərin miqyasını daha da genişləndirib. Belə ki, növbəti dəfə gücləndilmiş və genişmiqyaslı dezinfeksiya işləri aparılıb. İşlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları da cəlb olunub.Səhər saatlarından başlayaraq şəhərin əsas küçə, prospekt və yolları su çiləyici avtomobillərin köməyi ilə xüsusi dezinfeksiyaedici məhlullarla yuyulub. Dezinfeksiya işləri Gəncənin qəsəbə və yaşayış massivlərini də əhatə edib. Park və meydanlarda, yaşayış məhəllələrində, çoxmənzilli binalarda və digər ərazilərdə görülən tibbi-profilaktiki işlər gün boyu davam edəcək.Qeyd edək ki, istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq, şəhər sakinlərinə ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaları barədə bir gün əvvədən yerli KİV-lər vasitəsi ilə xəbərdarlıq edilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz