/ / Gəncədə yaşıllıqlara mövsümü qulluq göstərilir

Gəncədə yaşıllıqlara mövsümü qulluq göstərilir

577 Baxış


Gəncənin küçə və prospektlərində, yol kənarlarına əkilən çoxillik ağcların, mövsümü budanması həyata keçirilir. Gəncə şəhər MKTİB-nin yaşıllaşdırma şöbəsi tərəfindən aparılan işlər çərçivəsində şəhərin simvollarından birinə çevriln Xan çinarların eləcə də digər ağacların vətəndaşlar üçün təhlükə törədən qurumuş budaqları kəsilərək götürülüb. Bəzi ağaclar isə budanaraq daha estetik görkəmə salınıb. İşlər əsasən Gəncənin Heydər Əliyev, Ş.İ. Xətai və Nizami prospektlərində aparılır. Yaşıllıqları ilə göz oxşayan Gəncədə demək olar ki, hər il müxtəlif aksiyalar çərçivəsində 10 minlərlə yeni tinklər əkilir. Cari ildə yaşıllaşdırma şöbəsi tərəfindən şəhərin müxtəlif ərazilərinə, park və xiyabanlarına 23 mindən artıq yeni ağac tinkləri və 100 mindən artıq müxmtəlif növ gül kolları əkilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz