/ / 15 iyun: Qurtuluşun tarixi

15 iyun: Qurtuluşun tarixi

627 Baxış


1991-ci ilin oktyabrı… Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə hakimiyyət böhranı yaranır. Hərc-mərclik baş alıb gedir. Orduda vəziyyət ağırlaşır. Gənc respublikada rəhbərlik iddiasıyla ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedir. 92-ci ilin mayında hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi elə ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərdi və 1993-cü ilin yayında isə siyasi böhran kulminasiya nöqtəsinə çatdı.
Gəncədə korpus komandiri Surət Hüseynovun nəzarətində olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Həmin vaxt hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdü. Qiyamçı hərbi hissə rəhbərliyi hakimiyyətin istefasını tələb edirdi. Bir sözlə, Azərbaycan vətəndaş müharibəsi təhlükəsilə üz-üzəydi.

Cavid Bağırzadə tarixçi - Onlarla insan vətəndaş qarşıdurmaları nəticəsində həlak oldu, beləliklə ölkədə siyasi böhran dərinləşirdi. Və ölkə faktiki olaraq idarə olunmurdu. Belə bir siyasi böhranda Azərbaycan ziyalıları, xalq üzünü Naxçıvana tutdu və Heydər Əliyevi Bakıya dəvət etdilər.
Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək, iyunun 9-da Bakıya gəlir. Çıxışında hadisələrlə yerində tanış olmaq üçün Gəncəyə gedəcəyini, parlament sədri postu təklifinə yalnız bundan sonra cavab verəcəyini deyir.
INTERŞUM: Güç işlənilməməlidir, bir daha silah işə salınmamalıdır. Mənim fikrim budur və bu prinsipləri əsas tutaraq mən bu vəziyyətdən çıxış prosesində iştirak edirəm. 1 saatdan sonra mən Gəncəyə yola düşürəm, xahiş edirəm ki, burada iştirak edən müxbirlər, yaxudda ki, başqa müxbirlər – televiziya, qəzet işçiləri də mənlə getmək arzusu olsalar 1 saatdan sonra ali sovetin binasının ətrafına toplaşsınlar, mən buradan yola düşəcəyəm.
Heydər Əliyev qısa vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bilir. Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyinin məhv olmasından, qardaş qırğını kimi dəhşətli faciədən qurtarır. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir.
Cavid Bağırzadə tarixçi - 1993-cü il iyunun 15-də Ali Sovetin sədri İsa Qəmbər istefaya getdi və Ali Sovetin fövqəladə sesiyasıyla Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1997-ci ildə Milli Məclis haqqında qısa danışdığımız bu hadisələri təhlil edərək həmin günü Milli Qurtuluş Günü kimi elan etdi.
Heydər Əliyev Gəncə hadisələrindən sonra ölkədə yaranmış böhranı qismən aradan qaldırmaq, qiyamçı hərbi birləşmələri neytrallaşdırmaq üçün iyunun 30-da Surət Hüseynovu baş nazir postuna təyin edir. Beləliklə də Azərbaycanda bir dövrün sonu, yeni bir dövrün başlanğıcına start verilir. Qısa müddətdən sonra isə Heydər Əliyev Azərbaycanın ən ağır günündə ölkənin müstəqilliyini və varlığını təhlükəyə atan şəxslərin hamısını siyasi-hərbi səhnədən silir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz