Soltan Məmmədov: Heydər Əliyev Fondunun xeyirxah təşəbbüsləri sərhəd tanımır
Nurlana Abdullayeva
11-06-2020 17:12
682 Baxış
Ümumdünya səhiyyə təşkilatı tərəfindən aparılan elmi tədqiqat işlərinə Heydər Əliyev fondu böyük dəstək verir. Bunu Bunu YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə keçirilən “Pandemiya və postpandemiya dövründə sosial müdafiə tədbirləri və səhiyyə” mövzusunda videokonfransda Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov bildirib. Millət vəkili onu da qeyd edib ki, Azərbaycan pandemiya ilə mübarizədə nadir ölkələrdəndir ki, virusa yoluxan hər bir xəstəyə stosionar xidmət göstərmək şəraitinə malikdir. Bu onun göstəricisidir ki, xalqın rifahı və sağlamlığı dövlət üçün ən ümdə məsələdir.