/ / YAP Gəncə şəhər təşkilatı GB-nin gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

YAP Gəncə şəhər təşkilatı GB-nin gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

795 Baxış



Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəal könüllüləri Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı Gəncə şəhər Heydər Əliyev Mərkəzində olublar. Gənclər əvvəlcə Ümummilli liderin Mərkəzin önündəki heykəlini ziyarət ediblər. Sonra Gənclər Birliyinin üzvləri karantin qaydalarına riayət edərək Heydər Əliyev Mərkəzində olan zəngin eksponatlarla tanış olublar. Onlara Ulu öndər həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotolar, şəxsi əşyalar haqda məlumat verilib. Müasir Azərbaycanın banisi Heydər Əliyevin Gəncəyə 8 dəfə səfər etdiyini vurğulayan Mərkəzin bələdçisi Nizami yurdunun Ümummilli lider üçün xüsusi çəkiyə sahib olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, müasir Azərbaycanın xilaskarı və banisi olan Heydər Əliyevin anım günü yerli və beynəlxalq miqyasda yüksək səviyyədə təşkil olunur.


YAP Gəncə şəhər təşkilatı GB-nin gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

YAP Gəncə şəhər təşkilatı GB-nin gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz