/ / Ermənistan hərbi-siyasi rəhbərlərinin son sözləri

Ermənistan hərbi-siyasi rəhbərlərinin son sözləri

515 Baxış


Qələbədən sonra Ermənistan rəsmilərinin məğlubiyyət sızıltıları bir-birinin arxasınca eşidilməyə başladı. Onların hərəsi bir formada özünə bəraət qazandırmağa və atdıqları addımın məsuliyyətindən boyunlarını kənara çəkməyə çalışdılar. Ermənistan təslim olduqdan sonra bu ölkənin hərbi-siyasi nümayəndələri son sözlərini söylədilər. Onların etiraflarını seçib indi sizə təqdim edirik.
“8 noyabr həyatımın ən ağır gecəsi idi”. Bu sözləri artıq dırnaq arasında da mövcud olmayan “dqr”-nin rəhbəri Araik Arutyunyan Feysbukdakı canlı yayımı zamanı deyib. O söyləyib ki, “Tarix dünən qəbul edilən qərara hansı qiyməti verəcək, bilmirəm, amma biz buna məcbur idik. Niyə? İlk növbədə hərbi situasiya planında biz 43 günlük müharibə nəticəsində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrutun böyük hissəsi, Xocavənd, Xocalının bir hissəsi və ən əsası Şuşanı itirmişdik. Döyüşlər Xankəndinin 2-3 kilometrində gedirdi. O, Azərbaycan Ordusunun PUA-larından bir neçə gün qorunmağı bacardıqlarını, amma son iki gündə PUA-lar sayəsində daha böyük itkilərə məruz qaldıqlarını söyləyib. Arutyunyan, həmçinin son bir neçə saat ərzində Xocavənddə çox böyük insan itkilərinə yol verdiklərini də etiraf edib.
Qarabağda Ordumuz tərəfindən məğlubiyyətə uğradılan Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan Qarabağla bağlı imzalanan sülh sazişinə belə münasibət bildirib. O, Feysbuk hesabında “kaş dünən heç oyanmasaydım”, - deyə yazıb.
Qeyd edək ki, Ovannisyanın bir neçə gün öncə ağır vəziyyətə düşdüyü, hətta infarkt olduğu bildirilirdi. Ermənistan MN isə onun sadəcə təzyiqinin qəfil düşməsi nəticəsində halının pisləşdiyini yaymış, infarkt olması xəbərini təkzib etmişdi.
“Mənə çıxış yolu qoymadılar. Məcbur qalıb sənədi imzaladım”. Bu etiraf isə Ermənistan Baş naziri Nikol Paşinyana aiddir. O deyib ki, istefamı tələb edən şəxs bir gün əvvəl Şuşadakı vəzifələrindən ayrılan bir siyasətçidir. Paşinyan Prezident İlham Əliyevin gücü qarşısında aciz qaldığını, heç bir yolla Azərbaycanın ərazi bütövlüyünü pozan hər hansı razılaşmaya məcbur edə bilmədiyini etiraf edib: “Biz belə bir addım ata bilməzdik. İnanırdıq ki, biz yox, qarşı tərəfi atəşkəsə razı olmağa məcbur edə bilərik. Təəssüf ki, bu baş vermədi”, - deyə Paşinyan bildirib. “Özüm üçün və hamımız üçün çox, çox çətin bir qərar verdim. Yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün ifadə edilə bilməyəcək dərəcədə ağrılıdır. Gələcəyimizi planlaşdırmaq və keçmişdəki səhvləri təkrarlamamaq üçün müstəqilliyimizi təhlil etməliyik”.
Bununla yanaşı Araik Arutyunyanın ürəyi dözməyib günahlarını keçmiş siyasi-hərbi xadimlərlə bölüşmək istəyib. O deyib: “yaşadığımız bu məğlubiyyətə görə, son 10 ildə Ermənistanın rəhbəri olmuş hər kəs cavab verməlidir. Döyüşmək üçün vəsaitimiz və gücümüz qalmamışdı”.
Çiçəklənən Ermənistan Partiyasının üzvü İveta Tonoyan isə bildirib ki, Bu gün Ermənistan tarixinin ən biabırçı səhifələrindən biri yazıldı. Bu bağışlanmayacaq. Bax belə…
Son olaraq isə qalib ölkənin qalib komandanı Cənab İlham Əliyevin fikri ilə videonu yekunlaşdırmaq istəyirəm. Ali Baş komandan söyləyirdi ki, mən nəyi, nə zaman və necə edəcəyimi bilirəm. İti zəka, uzaqgörənlik, dioplomtik iradə və ordunun gücü sayəsində bu gün Qarabağımız bizə qayıtdı. Ölkəmiz bu sevinci, bu qləbəni hələ uzun müddət unutmayacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz