/ / Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları Gəncə səmasında

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları Gəncə səmasında

524 Baxış


Bu gün Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib. Uçuşlar Bakı şəhərinin işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü ilə əlaqədar baş tutub. Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunublar. Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və şəhər ictimaiyyətinin nümayəndələri uçuşları izləyiblər. Əllərində Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandıran gənclər tədbirə xüsusi abu-hava qatıblar.
Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.Bu gün Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Gəncə səmasında birgə uçuşlar keçirməsi bunu bir daha nümayiş etdirdi.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz