/ / Milli musiqi günü – Üzeyir bəyin əmanəti

Milli musiqi günü – Üzeyir bəyin əmanəti

668 Baxış


O olmasın, bu olsun”, “Arşın mal alan”, “Koroğlu”, “Aşıqsayağı”: bu əsərlər milli musiqi sənətimizin bariz nümunələridir. Həmin əsərlərin yaradıcısı isə Azərbaycanın görkəmli bəstəkarı Ü.Hacıbəyovdur. Ü.Hacıbəyov XX əsrin birinci yarısında fəaliyyət göstərərək dünya musiqi mədəniyyətinə töhfəsini vermiş öz dəsti xətti ilə seçilən musiqi ustalarındandır.
18 sentyabr tarixi Azərbaycanda Üzeyir Hacıbıyovun adı və onun doğum günü şərəfinə Milli musiqi günü kimi müəyyən edilib. Ümummilli lider Heydər Əliyevin fərmanı ilə ilin bu günü Üzeyir musiqi günü kimi qeyd olunur. Elə bu münasibətlə də şəhər sakinlərinə bir neçə sual ünvanlayacağıq. Görək onlar bu günü necə dəyərləndirirlər.
Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir Hacıbıyovun vəfatından sonra hər il bu günü qeyd edərmiş.
Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Azərbaycan SSR-nin himni dahi bəstəkara məxsus olub. Bu gün dahi sənətkarın adı əbədiləşdirilib. İldönümləri respublika miqyasında qeyd olunur, irsi araşdırılır, adına küçələr və mədəniyyət mərkəzləri mövcuddur. Hər il musiqi gününü qeyd edərkən, Üzeyir bəy xatırlanır, xidmətləri bir daha qiymətləndirilir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz