/ / Bu gün Beynəlxalq Könüllülər Günüdür

Bu gün Beynəlxalq Könüllülər Günüdür

704 Baxış



Bu gün 5 dekabr Beynəlxalq Könüllülər Günüdür. BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.
Könüllülüyün məqsədi verilən tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına xidmət etmək, dəstək olmaqdan ibarətdir. Könüllülük həm də bacarıqların inkişafı, sosiallaşma və əyləncə növüdür.
Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan, könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyinin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var. Son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi “Avroviziya-2012” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən birinci Avropa Oyunları, 2017-ci IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllü cəlb olunub. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb.
Həmçinin qeyd edək ki, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirir. Azərbaycanda başda Asan xidmət mərkəzləri olmaqla, bir sıra dövlət və özəl qurumlarda könüllülük proqramları həyata keçirilir və bu proqramlarda əldə olunan təcrübə, gənclərin gələcək həyatlarında önəmli rol oynayır.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında da könüllülük proqramları mütəmadi şəkildə, uğurla həyata keçirilir. Şəhərin ictimai, sosial, mədəni həyatına təkan verəcək tədbirlərin təşkilində YAP Gəncə şəhər təkilatının fəal könüllüləri önəmli rol oynayırlar. Bir-birindən maraqlı, rəngarəng layihələrin yerinə yetirilməsi işində onların əməyi təqdirəlayiqdir.
Beləliklə, bu gün könüllülərin səyi nəticəsində hər gün minlərlə insan maarifləndirilir, onların pis vərdişlərdən uzaqlaşması naminə müxtəlif layihələr həyata keçirilir. Xüsusilə koronavirus pandemiyası dönəmində həyata keçirilən layihələrdə könüllülər aktivlik nümayiş etdirirlər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz