/ / Ömrünüz boyu 22 kiloqram dəri itirirsiniz

Ömrünüz boyu 22 kiloqram dəri itirirsiniz

636 Baxış


Sağlam həyat tərzi başlı başına sağlamlıq deməkdir. Sadəcə bir necə vərdişlə sağlam həyat tərzi keçirə bilərsiniz.
Məsələn siqaret çəkənlər çəkməyənlərə nisbətən yorğunluqdan daha çox şikayətlənir, eşitmə problemi ilə 70% daha çox üzləşirlər.
Hər bir insan yaşadığı müddət ərzində 22 kiloqram dəri itirir.
Erkən yaşlardan fiziki cəhətdən fəal həyat sürmək vacibdir. Buraya idman, qaçış, üzgüçülük, hərəkətli oyunlar daxildir.
Zərərli vərdişlərdən uzaq olmaq da sağlamlığa zəmanətdir. Ümumiyyətlə, zərərli vərdişlər həyat fəaliyyətinin aşağı düşməsinə ciddi təsir göstərən səbəblərdən sayılır.
Elementar gigiyenik qaydalara əməl etmək, vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək də sağlam həyat tərzinin bir parçasıdır.
Daha aktiv həyat üçün işləyərkən hər saatın əvvəlində ayağa qalxıb 2-3 dəqiqə gəzin və bunu tez-tez yadınıza salın. Nahar vaxtı ofisdən çıxırsınıza, 20-30 dəqiqəlik qısa gəzinti edin. Əgər nahar vaxtı çölə çıxa bilmirsinizsə, 3-4 mərtəbə pilləkən çıxıb-düşün.
Hər kəs çox yaxşı bilir ki, məşq edilmədiyi halda əzələlər zəifləməyə başlayır. Ürək də əzələ toxumasından ibarətdir. Ona görə də digər əzələlər kimi, ürək əzələsinə də müəyyən dərəcədə fiziki gərginliklər lazımdır
Əgər idmanla məşğul olmaq üçün vaxt tapa bilmirsinizsə, həftəsonu 2 gün mütləq uzun gəzintiyə çıxın.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz