/ / Qadın sürücü təhlükəlidirmi?

Qadın sürücü təhlükəlidirmi?

651 Baxış


Müasir zamanda bacarıqlı, istedadlı, cəmiyyətdə fəal rol oynayan qadınlarımızın sayı getdikcə artmaqdadır. Günümüzdə Azərbaycan qadınları qayğıkeş ana, sadiq həyat yoldaşı, nümunəvi övlad olmaqla yanaşı, həm də uğurlu iş xanımıdır. Və təbii ki, cəmiyyətin bu aparıcı qüvvəsinin sükan arxasına əyləşməsi olduqca təbii haldır.
Mütəxəssislərin fikrincə, qadınların avtomobildən istifadəsinin əsas səbəbi onların iş həyatına qoşulmasıdır. Hətta bəzilərinin qazandıqları vəsaitlə ilk aldıqları məhz avtomobil olur. Əslində qadınları sükan arxasında görmək insanda xoş hisslər doğurur.Bəs görəsən bəylər qadınların avtomobil idarə etməsinə neçə baxır ?
Göründüyü kimi, kişi və qadınların avtomobil sürmə tərzi müxtəlifdir, buna görə də onların avtomobili fərqli şəkildə idarə etmələrindən qıcıqlanmaq lazım deyil. Gəlin görək, Gəncə Şəhər DİN-nin mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bu barədə nə deyir.
Bir çox qadın sürücü avtomobilinin sürətini azaldıb piyadaya yol verir, yolda qalana kömək edir, yol polisinə qarşı daha nəzakətli davranır .Ümumiyyətlə, qadınlar avtomobili kişilərdən heç də pis idarə etmirlər. Sadəcə olaraq, onların idarəetmə tərzi bir qədər fərqlidir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz