/ / Qaydalara əməl edək, pandemiyaya qalib gələk

Qaydalara əməl edək, pandemiyaya qalib gələk

562 Baxış


Qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskadan istifadə edilməməsi ciddi fəsadlara səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı bu baxımdan həyəcan təbili çalır.Yoluxma sayının aşağı olduğu ölkələrdə aparılan araşdırmalar onu göstərib ki, alovlanmaya əsas səbələrdən biri tibbi maska istifadə edənlərin az olmasıdır. Halbuki mövcud vəziyyətdə virusdan qorunmağın əsas yolu tibbi maskadan istifadə etmək, əlləri təmizləyici vasitələrlə mütəmadi olaraq yumaq və dezinfeksiyaedici məhlullardan yararlanmaqdır. Gəncə Şəhər Gigiyena və Epidemialogiya Mərkəzinin şöbə müdiri Almaz Tomuyeva karantin qaydalarına əməl etməyin vacibliyini bir daha diqqətə çatdırıb.
Maska taxmağın vacibliyini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ümumdünya Səhiyyə Təşkilatının "#MaskaTax" kampaniyası isə insanları maskadan istifadə edərək, şəkil və ya videolarını çəkib paylaşmağa həvəsləndirir.
Bu məqamda bildirmək istəyirəm ki, koronavirusa qalib gəlmək üçün vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Ona görə də hər birimiz qoyulan qaydalara əməl etməklə həm özümüzün, həm də ətrafımızdakıların sağlamlığını qoruya bilərik. Eyni zamanda dövlətin infeksiya ilə mübarizəsinə də yaxından kömək etmiş olarıq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz