/ / Köhnə binaların yeni liftləri

Köhnə binaların yeni liftləri

607 Baxış


Köhnə binaların yeni liftləri
Gəncədə uzun illərdir fəaliyyət göstərən və istismar müddətini başa vuran sərnişin liftlərinin yenilənməsi başa çatdırılıb. Əksəriyyəti sovet dönəmindən qalan və istifadəsi təhlükəli hesab edilən köhnə liftlərin dəyişdirilməsinə bu ilin yanvar ayından başlanılıb. İlkin mərhələdə 72 liftin dəyişdirilməsi nəzərdə tutulsa da daha sonra ətraflı təftiş olunaraq 93 liftin yenilənməsinə qərar verilib. Bu məqsədlə Gəncə şəhər lift təsərrüfatı idarəsinə gətirilən qurğuların hamısı qısa müddət ərzində quraşdırılaraq istifadəyə verilib. Əsasən şəhərin Yeni Gəncə, Abbas Səhhət, və 1-ci mikrorayon ərazisindəki binalara montaj edilən liftlər Belarusiyanın Moqilyov Liftmaş zavodunun istehsalıdır.
Qeyd edək ki, hazırda Gəncə şəhərində 201 lift fəaliyyət göstərir ki, bunlardan da 126 ədədi 2006-cı il dən 2013-ci ilə dək mərhələli olaraq yenilənib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz