/ / Beyin yandıran 12 fakt

Beyin yandıran 12 fakt

574 Baxış


Dünyanı kəşf etdikcə, sirlərinə bələd olduqca insan heyrət və təəccübünü gizlədə bilmir.
1. Bu gün sadəcə iki dəqiqədə çəkilən foto sayı XIX əsrdə bütün insanların çəkdiyi foto sayından bir neçə dəfə çoxdur.
2. Təzə çörək soyuducuya qoyulduğu zaman adi otaq temperaturuna nisbətən altı dəfə daha tez köhnəlir.
3. Kişilər orta hesabla həyatlarının 3350 saatını təraş olmaq üçün sərf edirlər.
4. Gözləri açıq tutaraq asqırmaq mümkün deyil. Asqırdığınız zaman ürəyiniz də daxil olmaqla, bütün orqanlarınızın funksiyası bir anlığa dayanır.
5. Araşdırmalara görə, bir dəvəquşunun gözü beynindən böyükdür.
6. Dünyanın ən sürətlə böyüyən bitkisi bir gündə 90 sm boy atan bambuq bitkisidir.
7. Ən geniş asfalt yola sahib olan ölkə Fransadır.
8. Bayquş mavi rəngi görə bilən yeganə quş hesab olunur.
9. Nə qədər qəribə səslənsə də, bir kiloqram limonda, bir kiloqram çiyələkdən daha çox şəkər var.
10. Bethoven mahnı bəstələməmişdən öncə başını soyuq suya soxarmış.
11. Venera planetində bizim dünyadan fərqli olaraq günəş qərbdən doğub şərqdə batır.
12. Bir qarışqa öz ağırlığından əlli qat daha ağır yük götürdüyü üçün dünyanın ən güclü canlısıdır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz