/ / Yuxu rejiminin pozulması sağlamlığa ziyandır

Yuxu rejiminin pozulması sağlamlığa ziyandır

1 027 Baxış


Yuxu rejiminin pozulması sağlamlığa ziyandır
Artıq 4 aydır yaşadığımız karantin rejimi gündəlik həyat fəaliyyətimizi dəyişib. Belə ki, izolyasiya nəticəsində bir növ asudə vaxt artıb. İlk başdan evdə keçirdiyimiz karantin günlərini istirahət kimi dəyrələndirərək gündüz saatlarında istədiyimiz vaxt yata bildik. İnsanlar zamanla günorta yuxusuna alışdı və istənilən vaxt, lap elə boşluqdan yatmaq yuxusevərlər üçün vərdişə çevrildi. Bəzilərində isə bu hal qeyri sağlam yuxu rejiminə gətirib çıxardı, necə deyərlər gecəylə gündüzün yerini səhv salanlar oldu. Həkimlər belə insanlara karantinin növbəti mərhələsində yuxu rejimini qaydaya salmağı məsləhət görürlər. Əks hal sağlamlığa mənfi təsir edə bilər.
Həkim deyir ki, ümumiyyətlə yuxu rejimi deyərkən gecə yuxusu nəzərdə tutulur. Və gündüz yuxusu sağlamlıq üçün vacib və təbii ehtiyac olan gecə yuxusunu heç vaxt TAM əvəz edə bilmir. Gecə rejimində işləyənlər yuxu ehtiyaclarını məcburiyyətdən gündüz almalı olurlar. Belə insanlar növbə əsasında çalışdıqlarından bu kimi hallar onlarda sağlamlıqla bağlı problemlərə gətirib çıxarmır. Gecə yuxusunu davamlı olaraq gündüzlə əvəzləməyi vərdiş edənlərdə isə bir çox mənfi xüsusiyyətlər yarada bilir.
Az yatmaq qədər çox yatmaq da bir sıra sağlamlıq problemləri yaradır. İdeal yuxu rejimi insanlarda iş fəaliyyətini daha məhsuldar edir, verilən qərarlarda önəmi var. Mütəxəssislər gün ərazində təxminən 7 saat yatmağı məsləhət görürlər. Əsas odur bu yuxu müddəti gec saatlara qədər mobil qadcetlərlə baş-başa qalıb, səhərə yaxın və ya günorta, axşam tərəfinə təsadüf etməsin.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz