/ / Vətəndaşların evdə qalmaları üçün tibbi xidmətlər göstərilir

Vətəndaşların evdə qalmaları üçün tibbi xidmətlər göstərilir

727 Baxış


Vətəndaşların evdə qalmaları üçün tibbi xidmətlər göstərilir
Bu gün dünyanı cənginə alan koronavirusla əlaqədar olaraq insanların evdən çıxmaması üçün bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də tibbi xidmətdir. Belə ki, Gəncə Beynəlxalq Xəstəxanası bu günlərdə insanların yanında olmaq üçün bu əlverişli şəraiti yaradıb. Əsasən yaşı 65-dən yuxarı olan və evdən çıxa bilməyən vətəndaşlar xəstəxananın daxili nömrələrinə zəng edərək evdə göstərilən xidmətlərdən yararlanmağa çalışırlar. Tibbi xidmətdə əsasən həkim müayinəsi, qan analizləri və kardioloji xidmətlər mövcutdur. Gəncə beynəlxalq xəstəxanasından verilən məlumata görə, son zamanlar bu xidmətə görə çoxsaylı müraciətlərin olduğu vurğulanıb. Xüsusən xroniki xəstəlikdən əziyyət çəkənlər və şəkər xəstələri müraciət edirlər. Tibbi xidmət bitdikdən sonra həkimlər xəstəxanın labaratoriyasında nəticələri müəyyənləşdirərək alınan cavabları müraciət edən vətəndaşlara onlayn şəkildə göndərirlər.Qeyd edək ki, tibbi xidmət zamanı istənilən növ xəstəliklərə görə analizlər götürülür. Bununla belə tibbi xidmətin olması ilə insanların evlərindən çıxmasına ehtiyac qalmır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz