/ / "Min, gəl, çevril get" - şəhər və rayon adları necə yaranıb?

"Min, gəl, çevril get" - şəhər və rayon adları necə yaranıb?

1 512 Baxış


Şəhər və rayon adlarının keçmişlə maraqlı bağlantısı
Azərbaycanda şəhər və rayon adlarının mənası, onun mənşəyi, nə ilə bağlı olması hər zaman insanların maraq dairəsində olub. Araşdırmağa meyilli insanlar bunu özləri öyrənsə də, digərləri bu baxımdan o qədər də həvəsli olmayıb. Bu gün çalışacağıq ki, süjetin vaxtına uyğun şəkildə bir neçə rayon və şəhərin adının mənşəyi ilə bağlı maraqlı fikirləri diqqətinizə çatdıraq. Şəhər və rayon adlarının maraqlı mənşəyi məsələsinə gəlin Mingəçevir şəhərindən başlayaq. Mərhum akademik Ziya Bünyadov "Mingəçevir" adını Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə bağlayır. Ehtimallardan biri də bu adın "Min, gəl, çevril" ifadəsi ilə bağlı olmasıdır. O vaxt rayon gözəl olsa da, burada yaşamaq qorxulu idi. Gur və sərt axan Kür çayı tez-tez məcrasından çıxaraq böyük tələfatlar törədirdi. İfadə belə ortaya çıxıb Qayığa min gəl, amma burada yaşama, çevril get. Paytaxt Bakının adı ilə bağlı bir sıra fərziyyələr mövzuddur. Bu adın fars dilində olan "Badi Kubə" sözündən yaranması ehtimal olunur. "bad" külək, yel və "kubi" vurmaq, zərbə yetirmək sözləriylə açıqlanır. Ümumilikdə “Küləklər şəhəri” anlamını daşıyır. Digər bir iddiaya görə lak dilində olan və təpə mənasını daşıyan “Baqu” sözü Bakı sözünün yaranmasında əsas rol oynayıb.
Sumqayıt sözünün yaranması ilə bağlı sadəcə bir əfsanəni diqqətinizə çatdıracam. Uzaq ellərdən gələn dəvə karvanı indiki sumqayıt ərazisində susuzluqla üzləşir. Həmin karvanda Sum və Ceyran adlı iki gənc olur. Sum Ceyranın susuzluğuna dözə bilmədiyi üçün su axtarmağa başlayır. Sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır: Sum qayıt, Sum qayıt!
Naxçıvan sözünün meydana gəlməsini isə yəhudi tarixçisi İosif Flavi Nuhun əfsanəsi ilə əlaqələndirir. Nuh peyğəmbər Allahın əmri ilə düzəltdiyi gəmidə öz ailəsi, götürdüyü canlılarla birlikdə xilas olub və indiki Naxçıvan ərazisində məskən salıb.Naxçıvan sözündəki "Nax" Nuh peyğəmbərin adı, "çi" türk dillərində isim düzəldən şəkilçi, "van" isə iran dillərində məskən, yer bildirən sonluqdur. Yəni Nuh peyğəmbərin məskəni anlamına gəlir. Lənkəran farsca – ləng, ləngimək, kəran isə – yer (məskən) mənasını verir. Adın yaranmasına səbəb yağışların çox olması səbəbindən buraya gələnlərin ləngiməsidir. Ləngidən yer, ləngiyə yer anlamını daşıyır. Talışca leynə, len – qamış, kon – (kəon) evlər deməkdir. Beləliklə, qamış evlər" mənasını verir. Salyan sözünün də etimalogiyasi ilə bağlı maraqlı yanaşma var. "Coğrafi adlar" kitabının müəllifi Nəbi Nəbiyev Salyan sözünü bərələrin, yəni salları sahilə yan aldığı yer deyə izah edir. Eyni zamanda Sal tayfası var. Azərbaycanda yaşamış türkdilli tayfa. Dünya şöhrətli türkoloq Murad Acı Salyan sözünün sal tayfasının adı ilə bağlı olduğunu iddia edir. Rayonların az bir qisminin mənşəyini diqqətinizə çatdırmağa çalışdıq. Siz özünüz digər rayonları araşdırsanız, maraqlı nəticələrlə qarşılacaqsız.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz