/ / Erməni xəstəliyi və ona qənim kəsilən Azərbaycan Ordusu

Erməni xəstəliyi və ona qənim kəsilən Azərbaycan Ordusu

574 Baxış



Bura döyüş, müharibə zonası və ya cəbhə bölgəsi deyil. Aktiv döyüş əməliyyatlarının getdiyi yerdən təxminən 60-70 km uzaqlıqda yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədir. Ümumiyyətlə, baş vermiş olaylar haqda heç bir məlumatı olmayan insandan soruşsalar ki, burda nə baş verib? Cavab verəcək ki, zəlzələ, torpaq sürüşməsi və ya hansısa digər təbii fəlakət. Fəlakət baş verdiyi doğrudur, ancaq təbii deyil, bilərəkdən, qəsdən, məqsədyönlü şəkildə həyata keçirilmiş fəlakət. Bu gün burdakı dağıntını Elbrus raketi edib. Ancaq raket özbaşına, komandasız gəlib bura düşməyib. Onu işə salan və mülki əhaliyə yönəldən erməni xislətidir. O xislətdir ki, faciələr törədir.

Həmin faciə isə nə unudulandı, nə də yaratdığı dərin yaralar sağalandı. Mülki insanlara qarşı yönələn, səs-küyü, xaosu qulaqlarda əbədi qalan, gözlər önündən bir saniyə belə olsun getməyən arzuolunmaz, mənfur hadisə...

Burda həlak olanların heç biri ağlına belə gətirməzdi ki, gecənin qaranlığında onların bütün arzuları, sabaha olan ümidləri bir anda yox olacaq. İsti yataq öz yerini soyuq məzara dəyişəcək. Ancaq təəssüf ki, bu baş verdi. Ocaqlar söndü, burda həyatını itirənlər üçün səhər açılmadı. Yeni gün onlar olmadan başladı.

Bəli zaman dayandı. Əqrəblər yerimək istəmədi. Vaxtın da artıq bir önəmi yoxuydu. Ərafdakılar yalnız bir məsələni düşürdülər: insanları xilas etməliyik.

Dünyanı cənginə alan Koronavirusu tamamilə məhv edəcək, etibarlı və effektiv vaksin nə vaxtsa tapılacaq. Ancaq illərdir tüğyan edən erməni xəstəliyinin çarəsi heç vaxt tapılmayacaq. Ötən əsrin əvvəllərində bu erməni xəstəliyi yarandı, SSRİ dövründə də varlığını qoruyub saxladı, 90-cı illərdə özünün pik həddinə çatdı və bu gün biz yenə həmin xəstəliyin fəsadlarını görürük. Dünya isə deyəsən, belə bir xəstəliyin fərqində deyil. Gördüyünüz bu məkan Gəncənin mərkəzi bazarıdır və burda da həmin terror xəstəliyinin izlərni açıq-aşkar görürük.

Erməni xislətinin, xəstə təfəkkürünün, ermənilərin işğalçı mahiyyətinin nəticələri insanları qətiyyən qorxutmadı, onlarda ruh düşkünlüyü yaratmadı.

Burda heç bir hərbi obyekt və ya legitim hərbi hədəf yoxdur. Ancaq bu ermənilər üçün vacibdirmi? Xeyr. Çünki onlar üçün mülki əhaliyə tuşlanmış raket, hərbi obyektə tuşlanmış raketdən daha effektivdir. Bilirsiz ən böyük problem nədir? Erməni həyasızlığı. Bu qədər terror faciələri törədən bir saxta dövlət etdiyi əməli boynuna almır. Həm də ağılsızca. Düşünmür ki, atılan

raketlər dünya radar sistemində qeydə alınır. Və bunu inkar etmək ancaq şüursuzluqdur.

Onların separatçı mövqeyi, mülki insanların canına, malına qənim kəsilmələri dinc sakinlərin mövqeyini dəyişmədi. Onları azərbaycançılıq düşüncəsindən uzaqlaşdırmadı. Onlar vətən üçün canlarını belə qurban verməyə hazır olduqlarını dönə-dönə bəyan etdilər. Hərçənd ki, ermənilər son qarşıdurmalar zamanı döyüş mövqelərini qoyub qaçmaqla yadda qaldılar.

Azərbaycan Ordusunun necə sərrast hesablamalar apardığını, hərbi hədəfi necə dəqiqliklə izlədiyini və səhv etmədən məhv etdiyini Müdafiə Nazirliyinin paylaşdığı videolardan açıq-aşkar görürük. Ancaq düşmən hərbi məğlubiyyətinin heyfini dinc sakinlərdən çıxır. Düşünürlər ki, Azərbaycan geri çəkiləcək. Ancaq düşünmürlər ki, bu bizi daha da motivasiya edir ki, işğal altında olan torpaqlarımızı daha tez bir zamanda onların əsarətindən xilas edək. Qarabağın Azərbaycan olduğunu axır-əvvəl qəbulanacaqlar.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz