/ / Millət vəkili Müşfiq Cəfərov vətəndaş qəbulu keçirdi

Millət vəkili Müşfiq Cəfərov vətəndaş qəbulu keçirdi

199 Baxış



Milli Məclisin deputatı Müşfiq Cəfərovun növbəti vətəndaş qəbulu baş tutub. Seçiciləri və şəhər sakinləri ilə görüşən millət vəkili görüş zaman vətəndaşların problemini diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub. Müşfiq Cəfərov sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi, mənzil-məişət durumu ilə bağlı mövcud problemlərin həll edilməsi üçün lazımi qeydlərini aparıb. Görüş zamanı dilə gətirilən problemlərin qısa zamanda həlli üçün lazimi işlərin görüləcəyi və aidiyyatı qurumlara bununla bağlı məlumat veriləcəyi diqqətə çatdırılıb. Millət vəkili eyni zamanda Azərbaycanla Ermənistan arasında baş verən şiddətli döyüşlərə də toxunub və ordumuzun qazandığı qələbələr münasibətilə vətəndaşları təbrik edib. Seçicilər isə öz növbəsində millət vəkili Müşfiq Cəfərovun daim onların yanında olduğu üçün, belə gərgin günlərdə belə onların problemlərini dinlədiyi üçün deputata öz minnətdarlıqlarını bildiriblər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz