Kolorit Kafe azad olunan torpaqlarımızla bağlı “şirinlik” aksiyası keçirir
Nurlana Abdullayeva
27-10-2020 12:18
569 Baxış
Azərbaycan ordusunun əks-hücum əməliyyatları nəticəsində artıq Cəbrayıl Füzuli, Zəngilan, Qubadlı düşmən əsarətindən azad olunub. Təbii ki, torpaqlarımızın geri qaytarılması insanlar tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Çünki təxminən 30 ilə yaxın idi ki, xalqımız bu qələbə xəbərlərini gözləyirdi. Zəfərlərimizə hərə bir cür reaksiya verdi. Kolorit Kafe Restoranlar Şəbəkəsinin Gəncə filialının reaksiyası isə fərqli və maraqlı oldu.
Xəyalları reallaşan, uğurlar əldə edən insanlar ətrafındakılara şirinlik paylamağı özünə borc bilir. Gəncə şəhərində fəaliyyət göstərən Kolorit Kafe də eyni məntiqlə “şirinlik” aksiyasına start verib.
Kolorit Kafe işğaldan azad olunan şəhərlərimizin adlarının olduğu xüsusi yapışqanlar hazırlayaq şirinlik kimi təqdim etdiyi şokoladların üzərinə yapışdırıb. Kafenin personalı isə hərbi köynəklərdə müştərilərə xidmət göstərir.
Son olaraq qeyd edək ki, kafenin əməkdaşlarından biri torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.