/ / Gəncə gənclərindən vətənpərvər addım

Gəncə gənclərindən vətənpərvər addım

467 Baxış



Azərbaycan ordusunun cəbhədə həyata keçirdiyi uğurlu əks hücum əməliyyatları nəticəsində azad olunan ərazilərimizdə dövlət bayrağımızın dalğalandırılması, YAP Gəncə şəhər könüllülərini maraqlı bir aksiya keçirməyə ruhlandırıb. Dalğalansın Bayrağımız adlı aksiyada vətənpərvər gənclər şəhərin müxtəlif ərazilərində sakinlərə üç rəngli bayrağımızı paylayıblar. Məqsəd bu çətin və şərəfli günlərdə vətəndaşlarımızda ruh yüksəkliyi yaratmaq və torpağımız qədər müqəddəs olan bayrağımızın hər bir evdə dalğalanmasına nail olmaqdır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz