/ / Bu mini kitabları görməmisiniz

Bu mini kitabları görməmisiniz

714 Baxış



Miniatür kitab muzeyinin Gəncə filialı.
Uilyam Şekspir deyirdi ki, kitablarım mənim krallığımdır. Krallıq güc və pul hesabına bərqərar olduğu halda, o, kitablarını öz karallığı hesab edirdi. İnsanlar adətən ömürləri boyu daha çox böyük həcmli, daha doğrusu illərdir bilinən standart həcmli kitablarla rastlaşırlar. Bu gün isə biz sizi tamam fərqli ölçülərdə olan kitablarla tanış edəcəyik. Bugünkü səyahətimiz Gəncədəki Miniatür Kitab Muzeyinə olacaq.
Daxil olduğum məkan Şekspirin krallığı olmasa da, ümumilikdə fərqli konsepsiyası olan bir kitab krallığı idi. Burdakı kitabların ölçüləri kiçik olsa da, daşıdıqları məna və orda yazılanlar böyük bir düyanın kiçik kağız parçalarına köçürülmüş sehrli əksi idi.
Gəncədəki Miniatür Kitab Muzeyində olan eksponatların hər biri bir ölkəni təmsil edir. Burda təkcə Azərbaycana deyil, eyni zamanda digər ölkələrdən olan görkəmli siyasətçilərə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr edilmiş mini kitablar, dünya ədəbiyyatının nadir incilərini əks etdirən nümunələr və rəngli illüstrasiyalı uşaq miniatür kitabları sərgilənir.
Miniatür Kitab Muzeyində əl böyüklüyündən dırnaq böyüklüyünə qədər olan kitablar mövcuddur. Təbii ki, kiçik ölçüdə olan kitablar xüsusi böyüdücülər vasitəsilə oxunur.
Böyük dünyanın kiçik sakinləri olan bu kitab muzeyindən xoş təəssüratlarla gedirik. Onu deyim ki, bu məkan incələnməyə və detalları ilə bərabər ondan zövq almağa dəyər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz