/ / Mirzə Şəfi Vazeh muzeyində gəzməyə hazırsınız?

Mirzə Şəfi Vazeh muzeyində gəzməyə hazırsınız?

698 Baxış


İki mərtəbədən ibarət olan muzeyin qapısını açıb içəri daxil olduğum zaman düz qapı ilə üzbəüz mükəmməl şəkildə hazırlanmış taxt və peşəkar Gəncə rəssamlarının əl işi olan rəsm əsəri məni qarşılayır. Sağa çevrilib baxdığım zaman isə milli-mədəni keçmişimizi və bu günümüzün mental reallığını əks etdirən eksponatlar, divarlara asılmış tarixi-ədəbi şəxsiyyətlərin portretləri məndə müsbət təəssüratlar oyadır. Qapıdan girən kimi yenə müasir dövrdən uzaqlaşıb özümü Mirzə Şəfi dünyasının mərkəzində və bu dünyayla həmahəng təşkil edən maddi-mədəniyyət nümunələrinin aktiv şəkildə istifadə edildiyi dövrdə hiss edirəm.
Bələdçimiz Gülnar xanımın ümumi məlumatından sonra muzeyə daxil olduğum zaman ilk olaraq diqqəti cəlb edən güşəyə doğru tələsirəm. Sanki indi-bu dəqiqə bu mənzərəni yaxından izləməsəm, bir neçə dəqiqədən sonra yuxudan ayılacam və həmin görüntü olmayacaq.
Sevdiyim və ayrılmaq istəmədiyim güşənin sağ və sol tərəflərində divara asılmış iki böyük portret, sanki Mirzə Şəfinin həyat yolunu tamamlamağa xidmət edir. Bir tərəfdə şairin Gəncədəki fəaliyyətini təmsil edilən Gəncə memarlığı, digər tərəfdə isə Tiflis dövrünü əhatə edən Tiflis şəhərindən bir rəsm-fraqment marağımı daha da artırır.
Muzeyin ikinci mərtəbəsində milli musiqi alətlərimizdən nümunələr, Mirzə Şəfinin dövrünə aid ədəbi-tarixi portretlər, xalçalar, dahi mütəfəkkirin heykəli, nadir orijinal kitablar, şairlə bağlı müasir dövrdə aparılmış elmi-tədqiqat əsərləri, miniatür elementlər məndə sadəcə xoş təəssüratlar oyadır.
Beləcə Mirzə Şəfi dünyasının və dövrlərarası səyahtimizin sonua gəlib çatırıq. Demək ki, XIX əsrdən və müxtəlif əsrlərin qovuşduğu digər tarixi dövrlərdən uzaqlaşıb 2020-ci ilə geri qayıtmağın zamanıdır. Təəssüratlarımız isə yenə də müsbətdir. Buranı səyahət etməyə dəyər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz