/ / Gəncədə online əlifba bayramı keçirildi

Gəncədə online əlifba bayramı keçirildi

745 Baxış


Gəncədə online əlifba bayramı keçirildi
Əlifba bayramı hər bir uşağın həyatında əlamətdar bir hadisədir.Azyaşlılar bu günü böyük sevinc və həyəcanla gözləyirlər. Lakin bu il məktəblilər öz arzularını bir qədər fərqli şəkildə reallaşdırmaq məcburiyyətində qaldılar. Belə ki, karonavirus pandemiyası ilə əlaqədar olaraq Respublikamızda ilk dəfə onlayn əlifba bayramı keçirilib. Gəncə şəhər Nizami Gəncəvi adına 11 saylı tam orta məktəbin 1¹ sinfinin sinif rəhbəri Şəfəq Ramazanova və valideyinlərin birgə təşkilatcılığı ilə ilkə imza atılıb.Şagirdlər bu dönəmdə əvdə qalmalarına baxmayaraq müəllimlərinin sayəsində əlifba bayramını yadda qalan şəkildə keçiriblər. Birincilər bilik və bacarıqlarını nümayiş etdirərək şeir, mahnı, rəqs və kiçik səhnəciklər canlandırıblar. Şagirdlərin hər bir çıxışı müəllimləri tərəfindən maraqla qarşılanıb. Birinci sinifi başa vuran şagirdlər bu addımla belə bir çətin gündə öz yaşıdlarına stimul veriblər.
Bütün bu məqamları anba-an lentə alan valideyinlər isə şagirdlər üçün maraqlı video çarx ərsəyə gətiriblər.Beləliklə onlayn keçirilən əlifba bayramı xüsusi rəngarəngliyi ilə diqqəti cəlb etdi.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz