/ / Erməni təxribatına qarşı gənclər təşkilatları bir araya gəlib

Erməni təxribatına qarşı gənclər təşkilatları bir araya gəlib

574 Baxış



Ermənistan ordusunun Gəncədə dinc əhaliyə qarşı həyata keçirdiyi terror aktına Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları da səssiz qalmır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan 20-ə yaxın gənclər təşkilatı Gəncədə ermənilərin hərbi təxribatları nəticəsində ballistik raket atılan və 10 mülki şəxsin həlak olduğu ərazini ziyarət ediblər. Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov 130-dan çox gənclər təşkilatını özündə cəmləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasın üzvlərinə baş verən hadisə ilə bağlı geniş məlumat veriblər. Qeyd olunub ki, Gəncədə dinc əhaliyə qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırım aktı bir daha erməni vandallığının və vəhşiliyinin sərhəd tanımadığından xəbər verir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatırılmasında isə gənclər təşkilatlarının rolunun olduqca vacib olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə onların xüsusi fəallıq nümayiş etdirdiyi vurğulanıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz