/ / Hər kəs qələbəyə köklənib

Hər kəs qələbəyə köklənib

425 Baxış



Ölkə prezidenti Ali Baş Komandan İlham Əliyevin uzun illərdi düşmən işğalında olan torpaqlarımızın bir hissəsinin müzəffər ordumuz tərəfindən azad olunduğunu elan etməsi hər bir Azərbaycan vətəndaşına illərdi gözlədiyi sevinc və qürur hissini yaşadıb.
Bu tarixi hadisə torpaqları hələlik düşmən işğalı altında qalan Şuşadan, Kəlbəcərdən, Xocalıdan olan məcburi köçgünlərdə də böyük ruh yüksəkliyi yaradıb.
Gəncədə yeni salınan qəsəbədə məskunlaşan və erməni təcavüzü nəticəsində doğma yurd yuvalarından uzun illərdir ayrı düşən qəsəbə sakinləri Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordumuzun ən qısa müddətdə onlarında doğma el obalarının düşmən taptağından azad olunacağına ümid edirlər.
Və bu yolda daim Ali Baş Komandanın və müzəffər ordumuzun yanında olacaqlarını ifadə ediblər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz