/ / Ermənilərin motoatıcı alayı darmadağın edilib

Ermənilərin motoatıcı alayı darmadağın edilib

570 Baxış



1. Ermənilərin motoatıcı alayı darmadağın edilib
"Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib". Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb.


2. Füzulinin azad olunması uğrunda döyüş gedir
Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Qeyd edək ki, Azərbaycan ordusu Füzuli və Cəbrayıl rayonlarının ümumilikdə 7 kəndini, Murov zirvəsini və bir sıra strateji yüksəklikləri işğaldan azad edib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz