Cavid Osmanov: Azərbaycan vətəndaşı dövlətin qayğısı ilə əhatə olunub
Nurlana Abdullayeva
11-06-2020 17:14
616 Baxış
Pandemiyayla mübarizədə Azərbaycanda nəinki insanların sağlamlığı onların sosial durumu da daim diqqətdə saxlanıldı. Bunu həm aztəminatlı ailələrə olunan yardımlarda, həm də sahibkarlara göstərilən dövlət dəstəyində aydın müşahidə etmək olar.Bu fikirləıri YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə keçirilən “Pandemiya və postpandemiya dövründə sosial müdafiə tədbirləri və səhiyyə” mövzusunda videokonfransda bildirib.Cavid Osmanov qeyd edib ki, bütün baş verənlər, Azərbaycanın koronavirusa qarşı apardığı mübarizə tədbirləri, qazanılan nəticələr təkcə ÜST, müxtəlif ölkələr tərəfindən müsbət qarşılanıb təqdir edilmir, bu prosesi sadə azərbaycanlılar da izləyir. Bu elə bir prosesdir ki, azərbaycanlılar təkcə bunu izləmirlər, həm də yaşayırlar, görürlər, öz həyatlarında hiss edirlər. Və təbii ki, həm də dəyərləndirirlər. Əslində, bütün dünyada konkret məsələyə ən düzgün qiyməti sıravi vətəndaş verir.