/ / Dünyanı heyran qoyan dahinin ocağında bir gün

Dünyanı heyran qoyan dahinin ocağında bir gün

700 Baxış



Hazırda dayandığımız məkanın bir tərəfində dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi, o biri tərəfində isə Nizami Gəncəvi Muzeyi yerləşir. Muzeyin məqbərə kompleksinin ərazisində inşa edilməsi, buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Bizsə gördüyünüz bax o binanı qarış-qarış gəzib detallı şəkildə sizə təqdim edəcəyik.

Muzey Nizami Gəncəvinin əsrlərdən bəri süzülüb gələn sənət dünyasını sanki bizə təqdim etmək üçün tələsir. Elə bil şair haqda ən xırda detala kimi hamısını danışmaq istəyir. Nizami kim olub, hansı işlərə imza atıb, sənətkarın poemalarındakı gizli hikmət nədən ibarətdir, bax bu mədəniyyət ocağı bütün incə məqamları ziyarətçilərin diqqətinə çatdırmaq üçün xeyli həyəcanlı görünür. Muzeydə şairin Avstriya, Rusiya, Almaniya, İngiltərə milli kitabxanalarında, Misirin İsgəndəriyyə kitabxanası, Fransanın Strasburq kitabxanası və ABŞ-ın Metropoliten muzeyində qorunan nadir "Xəmsə" əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılıb.

Nəfis xalçaların hər ilməsində Nizami nəfəsini, onun poemalarının ən maraqlı, dillərdə gəzən və dünyanı silkələyən səhnələrini açıq-aydın görmək mümkündür. Burda bəzi əşyalar, eksponatlar müasir dövrün məhsulu olsa da, orta əsrlərin ruhunu, Nizami dövrünün ab-havasını gələn qonaqlara hiss etdirir.

Burada şairin 800, 840, 870 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir. Təbii ki, bu yubileylərin keçirilməsinin önəmi ondan ibarətdir ki, Nizami Gəncəvi irsi, sənət dünyası daha dərindən araşdırılır və şair haqqında geniş məlumatlar ortaya çıxır.

Gəncənin dörd bir yanında müəyyən lövhələrin divarların üzəində Nizami Gəncəvinin misralarına rast gəldiyimiz kimi, muzeydə də şairin ölməz misralarının bəşəriliyini, bədiliyini, nəfəsini, ruhunu, hikmətini, şifrəsini duymaq mümkündür.

Burdakı eksponatları bir-bir incələmək, onların mahiyyətinin fərqinə varmaq, Nizami dövrü ilə əlaqələndirmək mənə hədsiz zövq verdi. Bu mkan mədəni istirahət üçün seçilə biləcək ən yaxşı nümunələrdən biridir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz